Neftçalada qadının intiharına görə kişi həbs edildi
Neftçalada şəxsi özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 10-da Neftçala rayon sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
479