Bakıda dönərdən zəhərlənən şagirdlərin son vəziyyəti açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dönərdən zəhərlənən şagirdlərin son vəziyyəti açıqlandı

Qafar Ağayev10:45 - 27 / 10 / 2023
Bakıda dönərdən zəhərlənən şagirdlərin son vəziyyəti açıqlandı

Bakıda dönərdən zəhərlənən 4 şagirdin Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicəsi davam etdirilir.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, hazırda onların vəziyyəti stabildir.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər