Sumqayıtda silahlı hücum zamanı yaralananların son durumu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda silahlı hücum zamanı yaralananların son durumu açıqlanıb

11:24 - 28 / 10 / 2023
Sumqayıtda silahlı hücum zamanı yaralananların son durumu açıqlanıb

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Bildirilib ki, onlardan Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər