Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub

12:48 - 28 / 10 / 2023
Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1news.az-ın xəbərinə görə, oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər