Qubada 15 yaşlı qız dəm qazından ölüb
Quba rayonunda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.
1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nügədi kəndində qeydə alınıb.
Belə ki, Siyəzən rayon sakini - 2008-ci il təvəllüdlü Gülbacı Gülağa qızı Əskərova rayonun Nügədi kəndində kirayə qaldıqları Rəşadət Novruzovaya məxsus evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
392












