Ödənişli yolda yüksək sürətlə avtomobil idarə edib paylaşanların NƏZƏRİNƏ! - DYP araşdırma aparacaq - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ödənişli yolda yüksək sürətlə avtomobil idarə edib paylaşanların NƏZƏRİNƏ! - DYP araşdırma aparacaq - VİDEO

Qafar Ağayev18:45 - 30 / 10 / 2023
Ödənişli yolda yüksək sürətlə avtomobil idarə edib paylaşanların NƏZƏRİNƏ! - DYP araşdırma aparacaq - VİDEO

Son günlər sosial şəbəkələrdə yeni istifadəyə verilmiş Bakı-Quba-Rusiya avtomobil yolunda (ödənişli yol) bəzi sürücülərin avtomobili yüksək sürətlə idarə edib paylaşım etdiklərini müşahidə edirik.

Yeni istifadəyə verilən yolda sürət ölçən xüsusi texniki vasitələrin olmamasından sui-istifadə edən sürücülər yüksək sürətlə hərəkət edərək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Bəs görəsən bu təhlükəli addımları ilə gündəmə gələn bu sürücülərlə bağlı hansısa tədbirlər görüləcəkmi?

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkə seqmentlərində yayımlanmış videogörüntülərlə bağlı məlumatlıdırlar.

“Həmin məsələ ilə bağlı araşdırma aparılacaq” - BDYPİ-dən bildirilib .

Paylaş:
1155

Son xəbərlər

Bütün xəbərlər