Xırdalanda 33, Şamaxıda 64 yaşlı kişi intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda 33, Şamaxıda 64 yaşlı kişi intihar edib

09:44 - 30 / 10 / 2023
Xırdalanda 33, Şamaxıda 64 yaşlı kişi intihar edib

Şamaxı rayonunda 64 yaşlı kişi intihar edib.

1news.az-ın məlumatına görə, Çuxuryurd kəndində yaşayan, 1959-cu il təvəllüdlü Əlvan Təhməzov ağır xəstəlik səbəbindən yaşadığı evin həyətyanı sahəsində bağçadakı ağacdan özünü iplə asaraq intihar edib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bundan başqa, Xırdalan şəhərində yaşayan, 1990-cı il təvəllüdlü Fərid Kərimov Abşeron mədəniyyət evinin arxasında yerləşən parkdakı söhbətkeşdən özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər