ETSN-dən quş yuvasına müdaxilə ilə bağlı videoya reaksiya - İşçiyə töhmət verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN-dən quş yuvasına müdaxilə ilə bağlı videoya reaksiya - İşçiyə töhmət verildi

14:59 - 31 / 10 / 2023
ETSN-dən quş yuvasına müdaxilə ilə bağlı videoya reaksiya - İşçiyə töhmət verildi

Ötən gün teleaparıcı Günay Firudin Qızının çəkilişlər zamanı nadir köçəri quşun yuvasından onun yumurtalarını çıxarması ilə bağlı video paylaşmışdıq.

Eyni zamanda, yaxınlıqda olan Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı aparıcının hərəkətlərinə heç bir şəkildə mane olmur, əksinə, məsləhətləri ilə ona kömək edir.

1news.az-ın xəbərindən sonra nazirlik məsələni aradırmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sorğumuza cavab olaraq qeyd edib ki, Qızılağac Milli Parkının mühafizə yegerinə sonuncu xəbərdarlıqla töhmət verilib..

“Məsələdən xəbərdarıq, quşun yuvasına müdaxilə olunması yolverilməzdir. Təəssüf ki, Qızılağac Milli Parkının mühafizə yegeri tərəfindən düşünülmədən belə bir hərəkətə yol verilib. Bunu işə məsuliyyətsiz yanaşma və qeyri-peşəkarlıq kimi qiymətləndiririk” - deyə, İ.İbrahimova əlavə edib.

Leyla Məmmədova

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər