Zakir Həsənov Çin rəsmisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Çin rəsmisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

14:52 - 31 / 10 / 2023
Zakir Həsənov Çin rəsmisi ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər