Yol polisinə yeni xidməti avtomobillər verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisinə yeni xidməti avtomobillər verilib

Qafar Ağayev17:52 - 31 / 10 / 2023
Yol polisinə yeni xidməti avtomobillər verilib

Yol polisinə yeni "Volvo" markalı avtomobillər verilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, "Volvo S90" modeli olan avtomobillər artıq xidməti maşın statusu alıb.

Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.

"Volvo" isə DYP sistemində yeni daxil olub.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər