85 yaşlı qadın su quyusuna yıxıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

85 yaşlı qadın su quyusuna yıxıldı - VİDEO

Qafar Ağayev15:18 - 01 / 11 / 2023
85 yaşlı qadın su quyusuna yıxıldı - VİDEO

Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 1 nəfər su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər