“ASAN müraciət”in əhatə dairəsi genişləndirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN müraciət”in əhatə dairəsi genişləndirilib

Qafar Ağayev15:43 - 01 / 11 / 2023
“ASAN müraciət”in əhatə dairəsi genişləndirilib

“ASAN müraciət” mobil tətbiqi vasitəsilə Bakı şəhəri (ölkə ərazisi) üzrə də vətəndaşlar ictimai xarakter daşıyan problem və çatışmazlıqları göndərə bilərlər.


1news.az xəbər verir ki, “ASAN müraciət” Azərbaycan Respublikasının Prezidentinin 21 avqust 2020-ci il 2232 nömrəli Sərəncamı əsasında yaradılıb. İnformasiya sistemi və onun mobil tətbiqi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 dekabr 2021-ci il 386 nömrəli qərarı ilə “ASAN müraciət” informasiya sistemi haqqında” Əsasnamə təsdiq olunub. Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sistemin sahibi olaraq onun fəaliyyətinin təşkilini və idarəolunmasını həyata keçirir.

Müraciətlər qurumlara sistem vasitəsilə bir iş günü ərzində göndərilir və müraciətlərə baxılmasının nəticəsi barədə məlumatlar aidiyyəti qurum tərəfindən sistemə əlavə olunur.

Sistemin fəaliyyətində iştirak edən qurumlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
-Yerli icra hakimiyyəti orqanları
-Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
- Dənizkənarı Bulvar İdarəsi
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi
- Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
- Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
- "Bakı Metropoliteni" QSC
- "Azərbaycan Dəmir Yolları" QSC
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
- Azərbaycan Respublikası Energetika Nazirliyi
- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 


“ASAN müraciət” informasiya sistemi 2022-ci il sentyabr ayında dərc edilən BMT-nin Dövlət Xidmətlərində İnnovasiyalar üzrə Cənub-Cənub Şəbəkəsi (SS4NPSI) tərəfindən ən yaxşı 15 rəqəmsal həll siyahısına daxil edilib. 

“ASAN müraciət” mobil tətbiqindən istifadə qaydaları ilə bağlı məlumatı 9108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Mobil tətbiqi “Android” və “iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:

“Android”: https://bit.ly/45QLFL7

“iOS”: https://bit.ly/3u2Mval

Paylaş:
333

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər