Bakı sakini tapança ilə qətlə yetirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakini tapança ilə qətlə yetirilib - YENİLƏNİB

17:15 - 01 / 11 / 2023
Bakı sakini tapança ilə qətlə yetirilib - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Şağanda 53 yaşlı kişinin güllələnməsi ilə bağlı məlumat yayıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

16:45

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər