Ötən ay azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev17:30 - 01 / 11 / 2023
Ötən ay azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Ötən ay işğaldan azad edilmiş ərazilərdə 1695 mina aşkarlanıb.

Bu barədə 1news.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-dən 31-dək 928 tank əleyhinə mina, 767 piyada əleyhinə mina, 8537 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 6687,4 hektar ərazi minadan təmizlənib.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər