Qeyri-iş günlərində məktəblərin iş qrafiki necə olacaq ? - Nazirlik aydınlıq gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qeyri-iş günlərində məktəblərin iş qrafiki necə olacaq ? - Nazirlik aydınlıq gətirdi

Qafar Ağayev17:52 - 01 / 11 / 2023
Qeyri-iş günlərində məktəblərin iş qrafiki necə olacaq ? - Nazirlik aydınlıq gətirdi

Elm və Təhsil Nazirliyi qeyri-iş günləri ilə əlaqədar məktəblərin iş qrafikində edilən dəyişikliyə aydınlıq gətirib.

1news.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər