Nazir: “Universitetlər əlavə dəyər yaratmağı bacarmalıdır”
“Təhsil elə sahədir ki, uğur əldə etmək üçün uzun zamana ehtiyac var”.
1news.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
“İnnovativ düşüncə tərzinin formalaşması təhsil müəssisələrində başlamalıdır. Biz bilik paylayan müəssisələrdən çox, yeni bilik yaradan müəssisələrə çevrilməliyik. Universitetlər innovasiyanın vacib elementidir”.
Nazir bildirib ki, “Bu gün Azərbaycan Universitetlərində 55 min nəfər bakalavr, 10 minə yaxın gənc isə magistr təhsili alır”.
“Universiteti bitirən tələbə “mən harda işləyəcəm? ,Kim işə qəbul edəcək?” suallarından savayı “Mən yeni nə iş yarada bilərəm?” kimi suallar verməsi də önəmlidir”,- deyə nazir əlavə edib.
Nazir bildirib ki, universitetlər əlavə dəyər yaratmağı bacarmalıdır.