Avtomat və qumbara könüllü təhvil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomat və qumbara könüllü təhvil verilib

12:04 - 01 / 11 / 2023
Avtomat və qumbara könüllü təhvil verilib

Profilaktik tədbirlər nəticəsində odlu silahlar və partlayıcılar könüllü təhvil verilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Babək rayon sakini 1 ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriblər.

Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat üzrə 1 ədəd RQD-5 qumbarası, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər