Xaçmazda keçmiş məhkum qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda keçmiş məhkum qətlə yetirilib

15:19 - 02 / 11 / 2023
Xaçmazda keçmiş məhkum qətlə yetirilib

Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda araşdırmalar aparılır.

Əlavə məlumat veriləcək.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər