QMİ sədrindən Qəzzada sülhlə bağlı çağırış | 1news.az | Xəbərlər
Cəmiyyət

QMİ sədrindən Qəzzada sülhlə bağlı çağırış

Qafar Ağayev16:36 - 02 / 11 / 2023
QMİ sədrindən Qəzzada sülhlə bağlı çağırış

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb.

1news.az xəbər verir ki, bu barədə Allahşükür Paşazadə noyabrın 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bildirib.

QMİ sədri son günlər Yaxın Şərqdə baş verənlərə toxunaraq Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildirib, siyasətçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib.

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər