Lənkəran sakinindən 1 kq heroin götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran sakinindən 1 kq heroin götürülüb

Qafar Ağayev11:53 - 02 / 11 / 2023
Lənkəran sakinindən 1 kq heroin götürülüb

Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdə 1 kiloqramdan artıq heroin aşkar edilib.

DİN-dən 1news.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər