Gəncədə qanunsuz tikintilərə qarşı tədbirlər görülür | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qanunsuz tikintilərə qarşı tədbirlər görülür

Qafar Ağayev12:58 - 02 / 11 / 2023
Gəncədə qanunsuz tikintilərə qarşı tədbirlər görülür

Gəncədə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə 1news.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin ƏmlaK Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Məhsəti qəsəbəsində aşkarlanan 2, İ.Cəfərov küçəsində 1, Azərbaycan Bayrağı küçəsində 1 və Səbuhi Əliyev küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində yerləşən 1 ədəd qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edilib ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər