QDF və MTK-nın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” tədbiri keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF və MTK-nın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” tədbiri keçirildi - FOTO

15:03 - 03 / 11 / 2023
QDF və MTK-nın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” tədbiri keçirildi - FOTO

Noyabrın 2-də Qarabağ Dirçəliş Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” adlı tədbir keçirilib.

Müasir Təhsil Kompleksində baş tutan tədbirdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili Nigar Arpadarai, mədəniyyət nazirinin müavini Murad Hüseynov, MTK-nın direktoru Aygün Mikayılova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin və “IDEA” İctimai Birliyinin nümayəndələri, eləcə də təhsil komleksinin müəllim və şagird heyəti, şagirdlərin valideyinləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar şagirdlərin müəllifi olduğu sənət əsərlərindən ibarət sərgi ilə və Qarabağı 2030-cu ildə görmək arzularını əks etdirən layihələrlə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra kompleksin şagird və müəllim heyətinin ifasında “Xarı Bülbül” rəqsi təqdim olunub. Qeyd edək ki, rəqsin xoreoqrafı Kompleksin rəqs müəllimi Turan Abdullayevadır.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Heydər Əliyev və Qarabağ” mövzusunda çıxış edərək ümummilli liderin Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istəyən ermənilərə qarşı fəaliyyəti barədə geniş məlumat verib.

İdarə Heyətinin sədri ermənilərin Qarabağı ələ keçirmək planlarının və bütün təxribatçı əməllərinin qarşısının xalqımızın dahi oğlu Heydər Əliyev tərəfindən qətiyyətlə alınması, yalnız onun 1987-ci ildə Siyasi Büro üzvlüyündən getməsindən sonra torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edilməsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qalib gələrək torpaqlarımızı işğaldan azad etməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra Rəhman Hacıyev Qarabağda aparılan bərpa və quruculuq işləri, eləcə də Fondun bu sahədəki fəaliyyəti ilə bağlı şagirdlərin suallarını cavablandırıb.

Daha sonra qonaqlar ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Seyidli olan, kompleksin şagird və müəllim heyətinin ifasında “Zəfər dastanı” tamaşasını izləyiblər. Tamaşada türk xalqlarının XI əsrdən keçdiyi tarixi yol, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə səhnələşdirilib.

Tamaşanın yekununda 2020-ci ildən bəri Kompleksin ənənəsinə çevrilən, zəfərin simvolu olan Dəmir Yumruq atributunu 11-ci siniflər 10-cu siniflərə təqdim ediblər.

Milli Məclisin deputatı Nigar Arpadarai çıxış edərək tədbir haqqında təəssüratlarını bölüşüb.

Tədbirin sonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Xatırladaq ki, bu tədbir Qarabağ Dirçəliş Fondu ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə təşkil edilən ilk tədbir deyil.

Belə ki, 2022-ci ilin aprel ayında MTK-nın təşəbbüsü ilə “Qarabağa hərəmizdən bir fidan” şüarı altında həyata keçirilən xeyriyyə konsertindən əldə olunan vəsait hesabına Qarabağda meşə massivin salınması layihəsinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna 600 ağac ianə edilib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu bu günə qədər “Karabakh Talks” müzakirə platforması çərçivəsində bir sıra universitetlərdə gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib. Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

Paylaş:
381

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər