42 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

42 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev15:12 - 06 / 11 / 2023
42 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-dən 1news.az-a bildirilib ki, noyabr ayının 1-də saat 14:40-da Zəngilan rayonunun Hacalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Həmin tarixdə, saat 18:35-də Füzuli rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərasizində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd axtarış tədbirləri nəticəsində 1 nəfər İran vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyən edilib, üzərinə baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə (3 kq metamfetamin, 28 kq marixuana, 0.50 qr tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 2000 ədəd Metadon M-40, 600 ədəd Pregabalin-150 müxtəlif təyinatlı dərman preparatları aşkarlanıb.

Noyabrın 4-də saat 10:55-də Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qaçaqmalçılar tərəfindən gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
316

Son xəbərlər

Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14
Bütün xəbərlər