Flash Kart-da möhtəşəm kartinq çempionatı keçirildi! - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Flash Kart-da möhtəşəm kartinq çempionatı keçirildi! - FOTO - VİDEO

17:23 - 06 / 11 / 2023
Flash Kart-da möhtəşəm kartinq çempionatı keçirildi! - FOTO - VİDEO

Ölkəmizin əyləncə və ailəvi istirahət sektorunda fəaliyyət göstərən “Caspian Entertainment” şirkəti daha bir layihəni uğurla gerçəkləşdirdi.

31 oktyabr-3 noyabr tarixlərində “Dəniz Mall”un 4-cü mərtəbəsində yerləşən “Flash Kart”da möhtəşəm Kartinq Çempionatı keçirildi.

Bu günlər ərzində şəhərimizin kartinqsevərləri “ən sürətli” adını qazanmaq üçün həyacan dolu yarışın seçim mərhələlərinə qoşuldular.

Kartinq Çempionatında 150 nəfərdən çox şəxs iştirak etdi. Əsas uduş isə pul mükafatları idi:

1-ci yer 3000 AZN

2-ci yer -2000 AZN

3-cü yer -1000 AZN.

Üç gün boyunca keçirilən seçim mərhələlərində “ən sürətlilər” yarımfinal, daha sonra isə final mərhələsinə keçdilər.

Həyacanla gözlənilən yarımfinal və final mərhələləri 3 noyabr tarixində keçirildi.

Tədbir zamanı kartinqdə xüsusi ab-hava, yarış həyəcanı, yüksək enerji və əyləncə dolu final xüsusi təşkil edildi. DJ, əyləncəli viktorinalar, rəqslər həm iştirakçılara dəstək , həm də finalı izləməyə gələn ziyarətçilərə həyəcan və maraq dolu anlar qatdı.

Nəhayət, “Flash Kart” Kartinq Çempionatının final gecəsində 3 qalib müəyyənləşdi:

I yer – Kənan Abdullayev

II yer – Nemət Bağışov

III yer – Ziya Əlizadə

Qalibləri ürəkdən təbrik edirik və bütün kartinqsevərləri “Flash Kart”ın rəqabət dolu yeni yarışlarında gözləyirik!

Vebsayt: https://flashkart.az/

Instagram: https://www.instagram.com/flashkart.baku/

Facebook: https://www.facebook.com/flashkart.baku

YouTube: https://www.youtube.com/@flashkartbaku

Reklam hüququnda

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər