Müştəri təcrübəsinin təkmilləşdirilməsi: AZAL əməkdaşlarının yeni obrazı
Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz əməkdaşları üçün yeni forma təqdim edib. Yeni forma, müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul edilməsini təmin edən uğurlu müştəri yolunun bir tərkib hissəsidir.
1news.az xəbər verir ki, “Komandanın yeni obrazı aviaşirkət müştərilərinin gözləntilərinə cavab verəcək bir sıra xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər, o cümlədən personalın peşəkarlıq səviyyəsinin artırılması, yenilənmiş menyu və digər bir çox detalları aydın şəkildə əks etdirir,” deyə yeni təyin olunmuş Müştəri Təcrübəsinin İdarəolunması İdarəsinin Rəhbəri Varda Harhara bildirib. “Bütün bunlar AZAL-ın əsas prioritetlərindən biri olan rahat və qüsursuz səyahət təcrübəsinin ayrılmaz hissəsidir.”
Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən hazırlanmış yüksək keyfiyyətli eleqant kolleksiya zərif üslubu və müasir tendensiyaları ilə seçilir.
“Mən fəxr edirəm ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti öz əməkdaşları üçün yeni obrazın işlənib hazırlanmasında mənim baxışıma etimad göstərib. Klassik üsluba müasir dəb elementləri əlavə edərək uğurlu bir sembioz yaratmağa çalışdıq. Məqsədimiz, hər zaman aktual və trendlərlə yüklənməmiş kolleksiya yaratmaq idi”, - deyə Rüfət İsmayıl bildirib.
Yeni forma uçuş heyəti, “VIP Lounge” və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub. Kolleksiyada brendin identik şəklində qəbul edilməsini təmin edən donlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır. Kolleksiyaya aviasiya personalının iş xüsusiyyətləri və şəraitini nəzərə alan, rahatlıq və mükəmməl uyğunluğu təmin edən parçalardan hazırlanmış yay və qış geyimləri daxildir.