Azərbaycan Ordusunun 5 generalı “Qarabağ” ordeni ilə təltif edilib - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun 5 generalı “Qarabağ” ordeni ilə təltif edilib - ADLAR

Qafar Ağayev14:00 - 07 / 11 / 2023
Azərbaycan Ordusunun 5 generalı “Qarabağ” ordeni ilə təltif edilib - ADLAR

Azərbaycan Ordusunun 5 generalı “Qarabağ” ordeni ilə təltif edilib.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamda deyilir.

Həmin generallar aşağıdakılardır:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov,

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev,

Müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev,

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Hikmət Mirzəyev,

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov.

Paylaş:
899

Son xəbərlər

Bütün xəbərlər