Azərbaycanın turizm potensialı Çində təqdim edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın turizm potensialı Çində təqdim edilib

Qafar Ağayev14:13 - 07 / 11 / 2023
Azərbaycanın turizm potensialı Çində təqdim edilib

Çinli turistlər üçün “China Ready” konsepsiyasının tətbiqi planlaşdırılır.

1news.az-ın Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Şanxayda Azərbaycanın turizm potensialı ilə bağlı keçirilən təqdimatda Agentliyin sədri Fuad Nağıyev məlumat verib.

F.Nağıyev qeyd edib ki, Çin Azərbaycan üçün əsas turizm bazarlarından biridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan tədbir hər iki ölkənin rəsmi şəxsləri və turizm sənayesi nümayəndələrinin iştirakı ilə keçirilib.

Təqdimat tədbirində “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nümayəndələri Ruslan Abdullayev və Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verib, şirkətin dekabrda açılacaq Bakı-Pekin-Bakı birbaşa, müntəzəm uçuşlarının iki ölkə arasında turist səfərlərinin sayının çoxalmasına müsbət təsir edəcəyini, AZAL-ın qarşıdakı illərdə Çinin daha bir neçə şəhərinə birbaşa uçuşlar açmağı planlaşdırdığını diqqətə çatdırıblar.

Qeyd edək ki, “China Ready” layihəsi Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi istiqamətə çevirmək məqsədi daşıyan proqramın bir hissəsidir. Proqram turizm sənayesinin çinli qonaqları qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulub.

Proqram çərçivəsində mehmanxanalar, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək. İlkin olaraq 100 iştirakçı üçün nəzərdə tutulan, Çin mədəniyyəti, turist gözləntiləri, çin və mandarin dillərinin tədrisinin nəzərdə tutulduğu 12 aylıq təlim proqramının sonunda iştirakçılara “Çinli turistlərin dostu” sertifikatı təqdim ediləcək.

Bundan əlavə, turizm və qonaqpərvərlik sənayesi nümayəndələri Azərbaycanı çinli səyahətçilərə effektiv şəkildə təqdim etmək üçün xüsusi təlimatlar və strategiyalar haqqında məlumat əldə edəcəklər.

Həmçinin çinli ziyarətçilər üçün ödəniş variantlarının təklif edilməsi, ənənəvi Çin yeməklərinin hotel menyularına inteqrasiyası və daha çox birbaşa uçuş variantlarının təklif edilməsi kimi münasib imkanların yaradılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Çinlə həftədə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 mindən çox çinli ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur. 2023-cü ilin dekabr ayında iki ölkə arasında yeni birbaşa reyslərin açılmasından sonra Dövlət Turizm Agentliyi Çindən olan turistlərin sayının artacağını proqnozlaşdıraraq fəal tədbirlər həyata keçirib.

Yerli turizm şirkətləri ilə Çin turizm sənayesi nümayəndələri arasında tərəfdaşlığı inkişaf etdirmək məqsədilə yaxın günlərdə Şanxay, Quançjou və Çenqdu şəhərlərində bir sıra B2B (Biznesdən-biznesə) seminarları təşkil ediləcək.

Həmçinin Azərbaycan Turizm Bürosu yerli tərəfdaşlarla birlikdə noyabrın 15-17-də Pekində keçiriləcək Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM 2023) turizm sərgisində təmsil olunacaq.

Paylaş:
311

Son xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54
Bütün xəbərlər