Zəfər Günü münasibətilə vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfər Günü münasibətilə vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib - FOTO

Qafar Ağayev16:18 - 07 / 11 / 2023
Zəfər Günü münasibətilə vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib - FOTO

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə noyabrın 7-də “Badamdar Estates” mehmanxanasında Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, VK-nın Vətən müharibəsində iştirak etmiş üzvləri, KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

1news.az xəbər verir ki, VK-nin sədri Anar Bağırov tədbiri açıq elan edib. Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Daha sonra açılış nitqi ilə çıxış edən Anar Bağırov 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hər kəsi təbrik edib, Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, rəşadətli ordumuzun dövlət başçısının çağırışına müsbət cavab verdiyini, ordumuzda fərarilik müşahidə olunmadığını, müharibə zamanı VK-nın 9 üzvünün iştirak etdiyini, o cümlədən ölkəmizin haqlı mövqeyini müdafiə etmək üçün təcrübəmizdən, imkanlarımızdan istifadə edərək, hesabatlar hazırlayıb və onları bütün beynəlxalq təşkilatlara göndərildiyini diqqətə çatdırıb. A.Bağırov həmçinin Vəkillər Kollegiyasının Akademiyasının təsis olunmasını barədə tədbir iştirakçılarına məlumat verib, Akademiyanın təsisini yüksək qiymətləndirdiyini qeyd edib.

Sədr nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək VK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4750 namizəddən 1450 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.

Anar Bağırov deyib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar: “Beləliklə, vəkillərin sayı 2387 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 34 nəfəri kişi, 17 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 415 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədirlər. Vəkillərdən 4 nəfəri regionlarda, 47 nəfəri isə Bakıda fəaliyyət göstərəcək”.

O, eyni zamanda hüquq elmləri doktoru Həsənzadə Səidə Bəhram qızının qanunvericiliyin tələbinə uyğun olaraq yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxıldığını qeyd edib.

Həmçinin tədbirdə VK-nın İxtisas komissiyasının sədri, h.e.d Turqay Hüseynov və Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d Əmir Əliyev çıxış edərək andiçmə mərasimində iştirak edən vəkilləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Daha sonra vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.

İclasın ikinci hissəsində Vəkillər Kollegiyasının Akademiyasının Əsasnaməsinin layihəsi müzakirə edilmiş və Əsasnamə qəbul edilib.

İclasda həmçinin vəkillərin digər vəkil qurumlarına keçməsi, o cümlədən müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Paylaş:
359

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər