Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər - FOTO

10:58 - 07 / 11 / 2023
Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər - FOTO

Qarabağ Dirçəliş Fondu (QDF) və “Azərlotereya” ASC-nin təşkilatçılığı ilə “Hər şey Qarabağ üçün” şüarı altında yeni layihəyə start verilib.

Layihənin təqdimatına həsr olunan tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili, Fondun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, Xalq artisti, Fondun Müşahidə Şurasının üzvü Alim Qasımov, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, eləcə də QDF-nin donorları və partnyorları, televiziya və radio rəhbərləri, dövlət qurumlarının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

İlk olaraq adıçəkilən qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək olmaq üçün birgə layihələrin həyata keçirilməsi, iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Tədbirin əvvəlində Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra layihəyə həsr edilən “Nə şanslıyam?!” adlı videoçarxın və www.forkarabakh.az saytının təqdimatı olub.

https://www.youtube.com/watch?v=h-RduBDKFxg

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək Fondun işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini vurğulayıb və Fondla yaxından əməkdaşlıq edən bütün donorlara təşəkkürünü bildirib.

İdarə Heyətinin sədri qeyd edib ki, uzun müddət ərzində davam edəcək layihənin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə dəstək vermək üçün ölkəmizdə insanlar arasında ianəçilik mədəniyyətinin təşviqi, daha çox insanın bu prosesə cəlb olunmasıdır:

“Layihə çərçivəsində “Azərlotereya” ASC tərəfindən keçirilən tirajlı lotereya (“Meqa 5/36”, “4+4”“Super Keno”) biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Belə ki, tirajlı lotereya bileti alan hər kəs bu xeyriyyə kampaniyasının iştirakçısı kimi yalnız uduş əldə etmək imkanı qazanmayacaq, həm də işğaldan azad edilən ərazilərin, doğma Qarabağımızın bərpasına dəstək olacaq. Dünyada bu cür təcrübələr kifayət qədər çoxdur. İstəyərdik ki, bu ənənə ölkəmizdə də geniş yayılsın və daha çox insan Qarabağın bərpasına töhfə versin”.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş “Hər şey Qarabağ üçün” layihəsinin həmrəyliyimizin bariz nümunəsi olduğunu vurğulayıb.

“Nə şanslıyıq ki, Qarabağımızı birgə dirçəldirik” deyən Osman Karakuş da kampaniyanı yüksək qiymətləndirərək bu şanlı yolda vətəndaşlarımızı Fonda dəstək olmağa çağırıb. O, “Azərlotereya”nın bu amal uğrunda hər zaman çalışacağına və tezliklə Qarabağın ən inkişaf etmiş regionlar sırasında olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, “Hər şey Qarabağ üçün” layihəsi çərçivəsində ilk lotereyanın tirajı 8 noyabr - Zəfər Gününə təsadüf edəcək.

Kampaniya barədə daha ətraflı məlumatı forkarabakh.az saytından əldə edə bilərsiniz.

Paylaş:
367

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər