Zəfər Günü münasibətilə Bakıda hərbçilərin yürüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfər Günü münasibətilə Bakıda hərbçilərin yürüşü keçirilib - FOTO

10:52 - 08 / 11 / 2023
Zəfər Günü münasibətilə Bakıda hərbçilərin yürüşü keçirilib - FOTO

8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşləri başa çatıb.

1news.az “Report”a istinadən xəbər verir ki, yürüşlərdə "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!” və başqa şüarlar səsləndirilib.

Hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər aşağıdakı istiqamətləri əhatə edib:

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi;

- Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti.

Paylaş:
371

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər