Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO

11:46 - 08 / 11 / 2023
Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO

Zəngilan rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilib.

1news.az "Report"a istinadən xəbərinə görə, yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub.

Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xatırladaq ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər