Neftçalada “Zəfər Günü” qeyd edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada “Zəfər Günü” qeyd edildi - FOTO

12:03 - 09 / 11 / 2023
Neftçalada “Zəfər Günü” qeyd edildi - FOTO

Neftçala Rayon İcra Hakimiyyəinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.

1news.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirir.

Neftçala rayon sakinləri və qonaqları üçün 8 Noyabr Zəfər bayramına həsr olunan konsert proqramı təqdim olunub.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər