Bakıda 3 nəfərin bank kartından 1500 manata yaxın pul oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 nəfərin bank kartından 1500 manata yaxın pul oğurlandı

Qafar Ağayev10:11 - 10 / 11 / 2023
Bakıda 3 nəfərin bank kartından 1500 manata yaxın pul oğurlandı

Bakıda üç nəfərin bank kartından 1482 manat oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda üç nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 1482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
319

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər