“Xankəndidə hərbi paradın keçirilməsi Ermənistana və onun havadarlarına ciddi mesaj idi” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xankəndidə hərbi paradın keçirilməsi Ermənistana və onun havadarlarına ciddi mesaj idi”

Qafar Ağayev11:20 - 10 / 11 / 2023
“Xankəndidə hərbi paradın keçirilməsi Ermənistana və onun havadarlarına ciddi mesaj idi”

Zəfər Günündə Xankəndidə hərbi paradın keçirilməsi Azərbaycan dövlətinin, Azərbaycan ordusunun gücünü bir daha göstərdi.

Bu barədə Milli Məclisin deputatı Könül Nurullayev deyib.

O, bildirib ki, bu uğura Azərbaycan 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra atdığı hərbi-strateji addımlar nəticəsində nail olub.

"Belə ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesini sürətləndirmək, dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşməklə, eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürməklə sərhəddə mövqelərimiz daha da möhkəmləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə bəyan etdiyi kimi, biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir".

Deputat deyib ki, Təbii ki, son 3 ildə Qarabağ bölgəsində bir neçə hərbi əməliyyatın uğurla həyata keçirilməsi bu bölgədə əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı.

"Əslində Ermənistan hərbi-siyasi rəhbərliyi bu əməliyyatlardan nəticə çıxarmalı idi. Qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərini tərk etməli, bütün öhhdəliklər yerinə yetirilməli idi.

Dövlət başçısının da bəyan etdiyi kimi, Ermənistan bunun əksini etməklə-Qarabağa silah-sursat göndərməklə antiterror tədbirlərini qaçılmaz edirdi. Təbii ki, hadisələrin gedişi də göstərdi ki, Ermənistan öz havadarlarına güvənməklə böyük səhv edir. Azərbaycan hansısa qüvvələrin təzyiqləri qarşısında geri çəkilməyəcək.

44 günlük müharibədə Azərbaycan Ordusunun məhz Xankənidinin bir addımlığında dayanması da təsadüfi deyildi. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, bu, Azərbaycanın şüurlu seçimi idi və Zəfər günündə, qələbimizin 3-cü ildönümündə Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bunun nə qədər düzgün və müdrik addım olduğunu təsdiqləyir".

"İstər 44 günlük savaşda, istərsə də müharibədən ötən 3 il ərzində həm ordumuzun gücü, həm də Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsi regionda yeni reallıqlar yaradıb" - deyə, K.Nurullayeva əlavə edib:

" Son 20 ildə Azərbaycanın istər hərbi, istərsə də beynəlxalq müstəvidə atdığı praktik addımlar ərazi bütövlüyü məsələmizin birdəfəlik həllini yaxınlaşdırırdı. Məhz güclü siyasi iradə kimlərinsə bizim daxili işlərimizə müdaxilə etməsinə imkan vermədi. Bekəliklə, Azərbaycan öz məsələsini özü həll etdi. Eyni tendensiya postmünaqişə dövründə də davam edirdi. Qərəzli qüvvələr sülh prosesini pozmaq üçün əlindən gələni edir, Ermənistanı revanşa həvəsləndirməklə ən böyük səhvi etmiş oldular. Əslində Azərbaycanın Ermənistana sülh əlini uzatması ən böyük güzəşt idi və bu imkan düzgün dəyərləndirilməli idi.

Xankəndidə təşkil olunan parad həm də Ermənistan rəhbərliyinə və onların arxasında duran manipulyasiyaya öyrəşmiş ölkələrə ciddi xəbərdarlıqdır. Revanşist qüvvələr bilməlidir ki, heç bir güc bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. Dövlət başçımız bir daha bəyan etdi ki, bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bu isə o deməkdir ki, dəmir yumruq yerindədir və istənilən hərbi və ya siyasi təxribat cəhdinin qarşısı ən sərt formada alınacaq".

Paylaş:
290

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər