Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil verib

Qafar Ağayev09:04 - 11 / 11 / 2023
Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil verib

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov 1news.az-a bildirib ki, keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər.

Onun sözlərinə görə, həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
277

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər