Yasamalda 2000 manat pul oğurlamaqda şübhəli keçmiş məhkum saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda 2000 manat pul oğurlamaqda şübhəli keçmiş məhkum saxlanıldı

Qafar Ağayev11:40 - 11 / 11 / 2023
Yasamalda 2000 manat pul oğurlamaqda şübhəli keçmiş məhkum saxlanıldı

Yasamalda mənzillərin birindən pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 8-də rayon ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Böyükağa Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
276

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər