Azərbaycanda “Türk Dövlətlərinin Ağacəkmə Günü” çərçivəsində 11 111 ağac əkiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Türk Dövlətlərinin Ağacəkmə Günü” çərçivəsində 11 111 ağac əkiləcək

Qafar Ağayev12:59 - 11 / 11 / 2023
Azərbaycanda “Türk Dövlətlərinin Ağacəkmə Günü” çərçivəsində 11 111 ağac əkiləcək

Bu gün Bakıda “Türk Dövlətlərinin Ağacəkmə Günü”dür.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "X"də yazıb.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Diplomatın sözlərinə görə, bu günlə bağlı Türkiyədə 5 002 023, Azərbaycanda 11 111 ağac əkiləcək.

C.Bağçı bir qrup müəllim-tələbə heyəti ilə aksiyada iştirak edib ağac əkdiyini yazıb.

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər