FHN əməkdaşları tapdıqları qızılı sahibinə veriblər
Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar.
FHN-dən 1news.az-a verilən məlumat görə, qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.
Qeyd edək ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
361