Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıb

Qafar Ağayev17:20 - 13 / 11 / 2023
Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıb

Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıb.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər