Bu gün Xızı şəhərində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Xızı şəhərində qaz olmayacaq

09:30 - 13 / 11 / 2023
Bu gün Xızı şəhərində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Xızı” QPS-də nasaz vəziyyətdə olan qızdırıcı qurğunun baypas kranının işlək kranla əvəz edilməsi ilə bağlı 13.11.2023-cü il tarixində saat 10:00-dan 17:00-dək “Xızı” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Xızı şəhəri daxil olmaqla rayonun 4 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
186

Son xəbərlər

Bütün xəbərlər