Yevlaxda kişi silahla vurularaq öldürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda kişi silahla vurularaq öldürülüb - FOTO

Qafar Ağayev10:13 - 13 / 11 / 2023
Yevlaxda kişi silahla vurularaq öldürülüb - FOTO

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Araşdırma aparılır.

Qeyd edək ki, vurulan şəxs TikTok-un aktiv istifadəçisi olub. O, həmin sosial şəbəkədə daha çox “azəri canavar” adı ilə tanınıb.

Paylaş:
574

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər