Şabranda tövlədə yanğın olub, mal-qara və ev quşları tələf olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda tövlədə yanğın olub, mal-qara və ev quşları tələf olub

Qafar Ağayev12:12 - 13 / 11 / 2023
Şabranda tövlədə yanğın olub, mal-qara və ev quşları tələf olub

Şabran rayonunun Rəhimli kəndində tövlədə yanğın olub, iribuynuzlu heyvan və ev quşları tələf olub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Rəhimli kəndində Ağamalıyev Fərrux Fərhad oğluna məxsus təsərrüfatda baş verib.

Belə ki, tövlənin içərisindəki 15 baş iribuynuzlu heyvan və 100-ə yaxın ev quşu 1500 ədəd ot bağlaması ilə birlikdə yanıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər