Azərbaycanın Müdafiə naziri “Leonardo” şirkətinin istehsal etdiyi silahlarla tanış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Müdafiə naziri “Leonardo” şirkətinin istehsal etdiyi silahlarla tanış olub

Qafar Ağayev15:05 - 15 / 11 / 2023
Azərbaycanın Müdafiə naziri “Leonardo” şirkətinin istehsal etdiyi silahlarla tanış olub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər