Qarabağın “Xətai” xalçası xaricdəki şəxsi kolleksiyadan alınaraq Azərbaycana qaytarılıb - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Qarabağın “Xətai” xalçası xaricdəki şəxsi kolleksiyadan alınaraq Azərbaycana qaytarılıb - FOTO

Qafar Ağayev15:44 - 15 / 11 / 2023
Qarabağın “Xətai” xalçası xaricdəki şəxsi kolleksiyadan alınaraq Azərbaycana qaytarılıb - FOTO

Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xaricdəki şəxsi kolleksiyadan alınaraq vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı olub.

1news.az xəbər verir ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentetiv Siyahısına salınması, həmçinin Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilib.

Səfəvilər dövrünün saray xalçalarının təsiri duyulan yeni eksponatın kompozisiyasında Qarabağ xalçalarına xas stilizə olunmuş nəbati və zoomorf ornamentlər əks olunub. Zəngin naxış tərtibatına malik xalça üzərində çarpazlaşan “xətai qolları” arasında türk xalqlarının bir çox sənət abidələrini bəzəyən əjdaha təsvirləri yer alıb. Azərbaycan xalçaçılığında geniş istifadə edilən əjdaha təsvirləri “Xətai” kompozisiyası kimi tanınıb. Bu ad azərbaycanlıların soykökündə duran qəbilələrdən biri olan Xəta/Xətai qəbiləsinin adından götürülüb.

XVII əsrə aid “Xətai” xalçaları vaxtilə Qarabağda toxunaraq xarici ölkələrə daşınıb və hazırda onlar dünyanın aparıcı muzey və şəxsi kolleksiyalarının inciləri sırasındadır.

Qeyd edək ki, təqdimatda yeni eksponatın muzeyin Ənənəvi texnologiya şöbəsində görmə qabiliyyəti məhdud insanlar üçün toxunan kiçik ölçülü taktil fraqmenti də nümayiş olunub.

Azərbaycan Milli Xalça Muzeyi tərəfindən son illər milli irs nümunələrinin qorunub saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük uğurlara imza atıb. Qarabağın “Xətai” kompozisiyalı xalçalarının vətənə qaytarılması isə nəinki muzey, eyni zamanda ölkə səviyyəsində mühüm tarixi, mədəni əhəmiyyətə malik hadisələrdir.

Paylaş:
536

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər