Azərbaycanda latun çubuqlara dair dövlət standartı qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda latun çubuqlara dair dövlət standartı qəbul edilib

Qafar Ağayev09:55 - 15 / 11 / 2023
Azərbaycanda latun çubuqlara dair dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 2060:2023 “Latun çubuqlar. Texniki şərtlər” dövlət standartını qəbul edib.

1news.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu standart əlvan metallardan hazırlanan çubuqların keyfiyyətinə və təhlükəsizliyinə məcburi tələbləri müəyyənləşdirmək məqsədilə sahə üzrə aidiyyəti mütəxəssislərin rəyləri nəzərə alınaraq işlənib hazırlanıb.

Standart, həmçinin yerli xammal resurslarından, xüsusi ilə də əlvan metalların xammal ehtiyatları və qırıntılarından daha səmərəli istifadə etməklə müasir standartlara uyğun rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalına və ixrac potensialının artırılmasına töhfə verəcək.

Dövlət standartı hazırlanarkən Müdafiə Sənayesi Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.

Paylaş:
346

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər