Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb - VİDEO

15:56 - 16 / 11 / 2023
Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb - VİDEO

Mağazaya alış-veriş edərkən 21 ədəd 100 dollarlıq saxta əskinas verən şəxslər saxlanılıb.

Daxili işlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər