“Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində vətəndaşlara 200 ədəd ting verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində vətəndaşlara 200 ədəd ting verilib

Qafar Ağayev17:09 - 16 / 11 / 2023
“Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində vətəndaşlara 200 ədəd ting verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan “Tullantıları tingə dəyiş” aksiyası Sumqayıt şəhərində yerləşən “Bravo” supermarketin qarşısında keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aksiya zamanı ümumi tutumu 158 litr olan plastik, 53 litr şüşə və 167 ədəd işlənmiş batareya təhvil alınaraq əvəzində 200 ədəd ting paylanılıb.

Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və yaşıllıqların artırılmasına dəstək olmağa çağırır.

Vətəndaşlar əkdikləri tinglərin şəkillərini nazirliklə bölüşə bilərlər.

Paylaş:
193

Son xəbərlər

Bütün xəbərlər