“Xaş-xaş 2023” tədbirləri nəticəsində 58 mindən çox çətənə kolu məhv edilib
Dövlət Sərhəd Xidməti tərəfindən “Xaş-xaş 2023” şərti adı altında tədbirlər həyata keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından 1news.az-a verilən məlumata görə, “Xaş-xaş 2023” şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə aprel-oktyabr ayları ərzində Şəki, Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Balakən, Qubadlı, Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 22 hektar sahədən yabanı halda bitən 6 min 85 kiloqram xaş-xaş (23 min 312 ədəd) və 28 min 156 kiloqram çətənə kolları (58 min 825 ədəd) müvafiq qaydada məhv edilib. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.