DİN: Axtarışda olan 169 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Axtarışda olan 169 nəfər saxlanılıb

10:18 - 16 / 11 / 2023
DİN: Axtarışda olan 169 nəfər saxlanılıb

Noyabrın 15-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 169, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər