İlk “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spikerləri bəlli oldu! | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spikerləri bəlli oldu!

15:31 - 17 / 11 / 2023
İlk “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spikerləri bəlli oldu!

30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək.

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosasiyası (ASTA) və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunacaq tədbirin hazırlıqları davam edir. Bu haqda məlumatı ASTA-nın sədri Orxan Xəlilzadə verib.

Orxan Xəlilzadənin bildirdiyinə görə artıq 2 aydan artıqdır ki zirvənin təşkilatçılıq işləri davam etdirilir və gözləndiyindən daha çox maraq və dəstəyin olması onları çox sevindirir. Belə ki, tədbir BP şirkətinin baş sponsorluğu və Bureau Veritas, IST Services, Safe Life, PMD Projects, NEBOSH, Agcurate, AVFALL Solutions, Caspian Energy Club, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Marriott Baku Boulevard oteli kimi yerli və beynəlxalq bir çox şirkətlərin sponsorluğu və dəstəyi ilə baş tutur. Yeni yaradılmış və ölkədə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi, ətraf mühitin qorunması sahəsində maarifləndirmə fəaliyyətləri və bu sahələrin inkişafına dəstək fəaliyyətləri olan assosasiya bu tədbirlə də 450-dən çox sahə peşəkarlarını, dövlət qurumlarının nümayəndələrini və beynəlxaql ekspertləri bir araya gətirəcək.

ASTA-nın sədr müavini və “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin layihə rəhbəri Cabir Süleymanlının bildirdiyinə görə artıq tədbirin spikerləri də bəllidir. 3 fərqli panel dən ibarət zirvədə 20 spiker və moderatorun iştirakı olacaq. Layihə rəhbərinin qeyd etdiyinə görə “Sabahın çağırışları” şüarı altında karbon emissiyasının azaldılması, enerji keçidi, dövlət və özəl sektor münasibətləri və eləcədə SƏTƏM sahəsinin bir çox mövzularına toxunulacaq tədbirə hazırlıq üçün yaxın günlərdə spiker və moderatorlarla görüş də nəzərdə tutulub. Tədbirin spiker və moderatorları hər biri öz sahəsinin peşəkarı və müxtəlif dövlət və özəl qurumların rəhbərləridir.

Təşkilatçıların bildirdiyinə görə 21 noyabr tarixinə qədər tədbirdə iştirak üçün qeydiyyat www.stz.az saytında davam etməkdədir. Eyni zamanda tədbirin sosial media hesablarından da yeniliklər haqqında məlumat almaq mümkündür.

Facebook: https://www.facebook.com/stzbaku

İnstaqram: https://www.instagram.com/stzbaku/

LinkedIn: https://www.linkedin.com/company/s%C9%99nay%C9%99-t%C9%99hl%C3%BCk%C9%99sizliyi-zirv%C9%99si/about/?viewAsMember=true

Paylaş:
481

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər